Rusiya və Çin Ayda nüvə enerjisi sahəsində əməkdaşlığa hazırlaşır.
Newscenter.az Rusiya Federal Kosmik Agentliyinə (Roskosmos) istinadən bildirir ki, Moskva və Pekin Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırır.
Agentliyinin (Roskosmos) prezidenti Yuri Borisov bildirib ki, 2033-2035-ci illərdə Çinli həmkarlarla birlikdə Ay səthinə nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini qiymətləndirilir. Borisov əlavə edib ki, sözügedən qurğu robot texnologiyalarından istifadə etməklə tikiləcək.
Qeyd edək ki, Roskosmos ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması üçün anlaşma memorandumu imzalanıb.
Mehman Mehdiyev