"Rusiya Ukraynada müəyyən irəliləyişlər əldə etməsinə baxmayaraq bu həlledici irəliləyişə gətirməyəcək. Bu müharibə ikinci dünya müharibəsindən ABŞ Avropanın müdafiə və təhlükəsizliyində ciddi rol oynamadığını üzə çıxardı. ABŞ birbaşa Avropanı Rusiya ilə təkbətək buraxib. Ukraynada Rusiyanın qalibiyyəti Şərqi Avropanın işğalı ilə nəticələnəcə bilər. Məhz Almaniya, Fransa və Böyük Britaniya kollektiv olaraq Avropanın müdafiəsini və təhlükəsizliyində vahid bir cəbhə yaratmaq istiqamətində danışıqlar aparır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiyanın hücumlari Qərb paytaxtlarında həyəcanla qarşılanır:
"Ukraynaya ABŞ yardımları seçki prosesində siyasi qarşıdurmalara görə reallaşmır. Yaz aylarında başlayaraq Almaniya, Fransa və Böyük Britaniya Ukraynaya intensiv hərbi yardımları artırması gözlənilir. Rusiyanın taktiki olaraq cəbhə xəttində üstünlüyü ələ alması Qərbi birləşməyə sövq edir".
O deyib ki, Qərb ölkələri Ukraynaya muzdlu qoşunlar göndərməsi istisna deyil:
"Verilən hərbi təyyarələr, texnikalar, silahar və ballistik raketlər məhz Qərbin qeyri-rəsmi hərbçiləri tərəfindən idarə olunacaq. Avropa liderləri Ukraynada V. Putinin qalib gəlməsini öz ölkələrinin gələcəyini sual altına qoyacağının fərqindədirlər.
Rusiya Ukrayna müharibəsi NATO güclü müdafiə hərbi təşkilat olmadığını, Avropanın təhlükəsizliyinə cavab vermədiyini üzə çıxardı. Artıq Avropa İttifaqının vahid ordusunun yaradılması istiqamətində işlərə başlanılacaq. NATO sadəcə ABŞ müsəlman ölkələrinə qarşı hərbi əməliyyatlar keçirən təşkilat funksiyasını həyata keçirən qurumdu. Rusiya Ukrayna müharibəsində NATO formalaşdırdığı Ukraynaya hərbi yardımı nəzərdə tutan "Ramştaym" formatı da ifalsa ugradi. Azərbaycan NATO ilə bütün əməkdaşlığina son verməlidir".
Süleyman