Türkiyədə ağır yol qəzası baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Adanada minik avtomobili ilə fəhlələri daşıyan mikroavtobus toqquşub. Qəza zamanı 2 nəfər ölüb, 14 nəfər yaralanıb
Hadisə Mərkəz Yüreğir rayonu Suluca qəzzəbəsi ərazisində D-400 şosesində qeydə alınıb. Mehmet Can Andırın idarə etdiyi avtomobil sürücünün sükanı itirməsi nəticəsində qarşı zolağa çıxıb və digər avtomobilə çırpılıb.
Yaralılar hadisə yerinə sövq edilən sağlamlıq qrupları tərəfindən şəhərdəki xəstəxanalara aparılıb.
Mehman Mehdiyev