Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AAYDA-nın “Çağrı Mərkəzi”nə nə qədər müraciət daxil olub?

AAYDA-nın “Çağrı Mərkəzi”nə nə qədər müraciət daxil olub?


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə 2024-cü ilin fevral ayı ərzində 546 zəng daxil olub.

Newscenter.az-a Agentlikdən bildirilib ki, zəng edən vətəndaşların 270 nəfərinin müraciəti yerindəcə, 182 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 82 müraciət digər qurumlara yönləndirilib.

ℹBundan başqa, bölgələrdə hava şəraiti ilə əlaqədar yollarda baş vermiş problemlərlə bağlı 12 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

Sona
Xəbəri paylaş