Avropa İttifaqının Azərbaycana qarşı qərəzli və ədalətsiz yanaşması davam edir. İndi də bəzi ittifaq ölkələri Azərbaycan qazından, enerji resurslarından imtina etmək barədə təkliflər irəli sürürlər.
Newscenter.az-ın xəbərinə görə, politoloq Yusif Bağırzadə deyib ki, Avropa İttifaqının Ukrayna müharibəsinə görə Rusiya qazından imtina etməsindən sonra Azərbaycanla bağlı da bu istiqamətdə sanksiya tətbiqi Avropa İttifaqına üzv bir çox dövlətlərin iqtisadiyyatı üçün ağır nəticələrə səbəb ola bilər:
"Onsuz da Avropa İttifaqına üzv dövlətlər Rusiya-Ukrayna müharibəsinə görə Rusiyanın enerji resurslarından imtina etməkdə yekdil fikirdə deyildilər. Bəzi dövlətlər belə bir qərarın Avropa İttifaqının iqtisadiyyatına dəhşətli zərər vuracağını əsas göstərirdilər. Keçən dövr göstərdi ki, onların narahatlıqları əsaslı idi və bu gün Avropada çox ciddi iqtisadi, enerji problemi hökm sürür. İndi belə bir ağır təcrübə ola-ola Azərbaycanın da enerji resurslarından imtina çağırışlarının qəbul edilməsi ehtimalı olduqca aşağıdır və demək olar ki, yox səviyyəsindədir".
Süleyman