Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Gənc Sahibkarlar Cəmiyyəti yaradılıb

Beynəlxalq Gənc Sahibkarlar Cəmiyyəti yaradılıb


Gənc Sahibkarların Beynəlxalq Cəmiyyəti təsis edilib.

Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, sözügedən təşkilat Ümumdünya Gənclər Festivalının iştirakçılarının qərarı əsasında yaradılıb.

Festival iştirakçıları tədbirin yekunu olaraq Gənc Sahibkarların Beynəlxalq Cəmiyyətinin yaradılması haqqında bəyannamə imzalayıblar.

Bildirilir ki, təşkilat gələcəkdə təcrübə, bilik və resursların mübadiləsi mərkəzinə çevriləcək. Bu, iştirakçılara öz bizneslərini qurmağa və inkişaf etdirməyə kömək edəcək.

Qeyd edək ki, bəyannamənin imzalanması mərasimində 36 ölkənin nümayəndəsi iştirak edib.

Mehman Mehdiyev
Xəbəri paylaş