Türkiyədə çay ixracatında artım qeydə alınıb.
Newscenter.az Şərq Qaradəniz İxracatçılar Birliyinə istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında çay ixracı ötən ilin eyni dövrünə görə 85 faiz artaraq 6 milyon 63 min 44 dollara çatıb.
Təkcə cari ilin iki ayında çay ixracatı 6 milyon dolları keçib. Hazırda Türkiyədən 85 ölkəyə, muxtar və azad zonalara çay satılır.
Bu ilin yanvar-fevral dövründə xaricə satılan çayın mqdarı 1347 ton olub. Türkiyənin ən çox çay ixrac etdiyi üç ölkə Belçika, ABŞ və Böyük Britaniya olub.
Natiq Orucov