Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat seçiciləri ilə görüşüb

Deputat seçiciləri ilə görüşüb


Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli rayonuna növbəti səfəri çərçivəsində Kərimbəyli kənd sakinləri ilə görüşüb, onların qayğılarını dinləyib.

Newscenter.az Vüqar Bayramovun Deputat Qərargahına istinadən bildirir ki, müraciətlər zamanı kənd ərazisində yerləşən və 2600 nəfərdən artıq sakinə xidmət göstərən tibb məntəqəsinin yararsız olduğu bildirildi.

Problemin yerində öyrənilməsi məqsədilə kənd sakinləri ilə birlikdə həmin tibb məntəqəsinə baxış keçirilib. Tibb məntəqəsinin kollektivi ilə görüş zamanı və baxış zamanı məntəqənin yararsız və qəzalı vəziyyətdə olduğu müşahidə edilib.

Qeyd edək ki, Ermənistan işğalı zamanı dağıdılan bu tibb məntəqəsində hal-hazırda 9 nəfər çalışır.

Görüşdə kənd sakinləri tərəfindən tibb məntəqəsinin yenidən qurulmasının vacibliyi vurğulanıb. Problemin həll olunması istiqamətində dəstək göstərilməsi məqsədilə Səhiyyə Nazirliyinə deputat sorğusu göndərilib.

Süleyman
Xəbəri paylaş