Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİM-in ölkədaxili reallıqları nəzərə almadan verdiyi düşünülməmiş qərarlar

DİM-in ölkədaxili reallıqları nəzərə almadan verdiyi düşünülməmiş qərarlar


"Təhsilin magistratura pilləsinə qəbul imtahanları tələbələrin bakalavr ixtisaslarına uyğun olaraq müxtəlif formalarda təşkil olunarsa daha effektiv nəticələr əldə edilə və yüksək ixtisaslı kadrlar yetişdirilə bilər".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən ictimai fəal Anar Saıehoğlu deyib ki, DİM-in bunu etmək üçün əlində böyük imkanlar var:

"Digər tərəfdən Riyaziyyat, Kimya, Biologiya, Coğrafiya və.s elm sahələri üzrə ixtisaslaşan şəxslərdən yüksək səviyyədə ingilis dili bilikləri tələb etməyin mənasız olduğu aydın ortadadır. Sözsüz ki, dil bilmək inkişaf üçün vacib amillərdən biridir. Ancaq DİM-in ölkədaxili reallıqları nəzərə almadan verdiyi düşünülməmiş qərarlar təhsilimizə xeyirdən çox ziyan vurur. İngilis dilini mükəmməl bilib ixtisasını 20 faiz bilməyən tarix, riyaziyyat, coğrafiya və.s müəllimi yetişdirməklə DİM hansı məqsədə nail olmağa çalışır?".

Anar Əliyev
Xəbəri paylaş