Regionda gərgin atmosfer hökm sürür. Ermənistanı sürətli şəkildə silahlandıran Fransa, Hindistan, eləcə də Yunanıstan və İran kimi ölkələr Cənubi Qafqazda yeni gərginlik yaratmaq istəyirlər.
Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Azər Qasımovun sözlərinə görə, Ermənistan da həmin güclərin aləti kimi silahlanmağa üstünlük verərək sühdən yayınır:
"Ermənistan sülhdən yayınır, silahlanma yolunu tutur. Bu isə Azərbaycanın təhlükəsizliyinə təhdiddir. Keçmiş praktika göz önündədir. Ermənistanın işğalçı ölkə olmasını deməyə ehtiyac yoxdur. Təbii ki, Azərbaycan lazım hesab anda Ermənistanın silahlanma istəyini yarıda kəsəcək və silah məntəqələrinə preventiv zərbələr endirəcək".
Süleyman