"Ermənistan adlı marionet dövlətin yaranması və varlığı Rusiya ilə bağlıdır. Bu gün Ermənistan Rusiya münasibətlərinin gərginləşməsi və Moskvadan qopması İrəvan üçün faciəvi sonluqla nəticələnər".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP-in Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Rusiya XİN sözçüsü Maria Zaxarova bu günlərdə İrəvandakı Zvartnoç hava limanından Rusiya sərhədçilərinin çəkilməsi barədə səsləndirdiyi fikirlərə çox sərt reaksiya verərək açıq şəkildə Ermənistanın taleyi Ukrayna kimi ola bilər deməklə Moskvanın mövqeyini ortaya qoyub:
"Rusiya onun maraqlarına toxunan addımlara çox sərt cavab verəcəyi şübhə doğurmur. Paşinyan başda Fransa olmaqla bir sıra Qərb ölkələrinin təhriki ilə regionda durumu təhlükəli istiqamətə sürükləyir. Ancaq Qərbin Ermənistan üzərindən Cənubi Qafqaza daxil olması və regionda müəyyən önəmli rol oynaması mümkünsüzdür. Paşinyan məncə Moskva ilə daha dərin ziddiyyətlərə girməyin son dərəcədə təhlükəli olduğunu anlamamış deyil. Odur ki, İrəvanın Rusiyanın orbitindən çıxması peyk olaraq itməsi demək olardı. Odur ki Ermənistanın Rusiyadan ağlabatan deyil*.
Süleyman