Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmtahan həyəcanını dəf etmək üçün seminarlar keçirilir

İmtahan həyəcanını dəf etmək üçün seminarlar keçirilir


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “İmtahan həyəcanının səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminarlar keçirilir.

Newscenter.az xəbər verir ki, Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təşkil olunan seminarların məqsədi IX-XI sinif şagirdlərinin imtahanqabağı keçirdikləri həyəcan və təşvişin aradan qaldırılması yolları haqqında ümumi təhsil müəssisələrində fəaliyyət göstərən psixoloqları təlimatlandırmaq və bu mövzuda alətlər təqdim etməkdən ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə keçirilən seminarlarda TDM-in Psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova və bölmənin metodisti Aysel Novruzova tərəfindən müvafiq tövsiyələr verilir.

Həmçinin seminarlarda qrup işləri yerinə yetirilir.

Seminarların sonunda mövzu ətrafında fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.

R.Mehdiyeva
Xəbəri paylaş