"Rəqiblərimiz son 21 ildə bizə ancaq maneçilik törədib, fəaliyyətlərimizə, sərmayələrimizə böhtan atıblar. O yerə gəlib çatıblar ki, millət onların davasına, bir-birləri haqqında danışmasına sanki seriala baxırmış kimi baxır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəəcəb Tayyib Ərdoğan Elazığda bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində xalqla keçirdiyi görüşdə səsləndirib.
Prezident Ərdoğan deyib ki, müxalifət tənbəllikdən qurtula bilməyib. Türkiyə prezidenti əmin olduğunu bildirib ki,
martın 31-də Elazığın bir daha tarix yazacaq və seçki günü öz sözünü deyəcək.
Anar Əliyev