"İngilis dili beynəlxalq səviyyədə çox istifadə olunan və əhəmiyyətli dil ola bilər. Ancaq ölkəmizdə onun ana dilimizdən üstün tutulmasına yönəlmiş addımlara yol vermək olmaz".
Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal Anar Salehoğlu səsləndirib. Onun sözlərinə görə, bu bir reallıqdır ki, DİM-in qəbul imtahanlarında ingilis dili üzrə qoyduğu tələbləri qarşılamaq üçün Azərbaycan məktəblərinin heç biri şagirdlərə adıçəkilən xarici dil üzrə kompleks bilik vermir:
"Belə olan halda əksər abituriyentlər ali məktəblərə qəbul imtahanlarında, təhsilin bakalavriat pilləsini bitirən tələbələr magistratura imtahanlarında, təhsilini davam etdirmək arzusunda olanlar isə doktorantura imtahanlarında böyük çətinliklər ilə üzləşirlər".
Mehman Mehdiyev