Qazaxıstan komandası Asiya çempionatının qalibi olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, qazaxstanlı idmançılar su idman növləri üzrə Asiya çempionatında qızıl medal qazanıblar.
Belə ki, Dayana Dzamançalova və Sofiya İşçenko Filippinin Nyu-Klark şəhərində keçirilən su idman növləri üzrə Asiya çempionatında bədii üzgüçülük üzrə qızıl medala sahib olublar.
Yarışlarda ikinci yeri çinli cütlük Zhihuang Ye-Jian Ku tutub. Özbəkistanlı Jasmina Kodirova və Səbinə Mahmudova isə bürünc medal qazanıblar.
Oruc Niyazov