Qazaxıstanda baş vermiş ağır yol qəzasında 8 nəfər avtomobildə yanaraq həlak olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Aktobe rayonunda baş verib. Belə ki, Aktobe-Həştərxan respublika əhəmiyyətli avtomobil yolunun 120-ci km-də Muğaljar rayonu ərazisinə daxil olan "Lada Largus" və "Toyota Hilux" markalı avtomobillər toqquşub. Nəticədə "Lada Largus" markalı avtomobil yanıb. İlkin məlumata görə, həmin avtomobildə 8 nəfər olub. Sürücü, o cümlədən Şubarşi orta məktəbinin 4 şagirdi, eləcə də maşındakə digər sərnişinlər yanıq xəsarətləri alıb.
Məlumata görə, yanıq xəsarətləri almış məktəblilərdən ikisinin vəziyyəti ağırdır.
Mehman Mehdiyev