"2023-cü ildə iqtisadiyyatımız 4,5 faiz artıb, ölkəmiz inkişaf edir. İxracımız artmaqdadır. Mərkəzi Bankın valyuta ehtiyatlarında problem yoxdur. İqtisadiyyatımızın təməl dayaqları çox güclüdür".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O bildirib ki, Türkiyə olaraq məqsədimiz vətəndaşlarımızın yeməyinə, çörəyinə və işinə zərər vermədən inflyasiyanı yenidən tək rəqəmli səviyyələrə endirməkdir:
"Biz vətəndaşlarımızın, xüsusən də işçilərin və pensiyaçıların bütün problemlərini bilirik. Büdcə imkanlarımızı genişləndirməklə, pensiyaçılarımızın yükünü yüngülləşdirmək üçün müxtəlif addımlar atmışıq və atırıq. Biz vətəndaşlarımıza sırf səs xatirinə yalan danışmamışıq. Biz həmişə dürüst olmuşuq, xalqımızla qəlbimizin dili ilə danışmışıq".
Mehman Mehdiyev