Ermənistanın sürətlə silahlanması belə bir görüntü yaradıb ki, İrəvan gerçəkdən müharibəyə hazırlaşır. Təkcə son günlər müşahidə edilən hərbi hərəkətlilik belə deməyə əsas verir.
Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanla Azərbaycan arasında müharibə ehtimalı aşağı səviyyədədir. O bildirib ki, Azərbaycan və Ermənistan arasında bu il ərzində nə sülh müqaviləsi, nə də hərbi əməliyyatlar olması gözlənilmir:
"Azərbaycan müharibədə maraqlı deyil. Baxmayaraq bəzi dövlətlər Azərbaycanı Ermənistana qarşı hərbi əməliyyatlar keçirməsində maraqlıdır. Bundan sonra Azərbaycana qarşı sanksiyalar və koalisiya formalaşdıraraq regionda öz dominantlığinı artırmağı hədəfləyir.
Təbii ki, Azərbaycan Ermənistanla sülh danışıqlarinda maraqlıdır. Sərhədlərin delimitasiyası və demarkasiyasında Ermənistan tərəfinin irəli sürdüyü şərtləri danışıqlar yolu ilə həll etməyə çalışır. Amma, Ermənistan Cermux istiqamətində Azərbaycana qarşı əlavə iddialar irəli sürür və 31 kəndin nəzarətdə olduğunu vurğulayır".
Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan tərəfi daha çox təxribatlarda meyilli tərəfdir:
"Buna baxmayaraq Ermənistan ordusu döyüş qabiliyyətində deyil və şərti sərhəddə hər iki tərəf eskalasiyadan yayınacaq".
Süleyman