Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayram gününün hava proqnozu açıqlandı

Bayram gününün hava proqnozu açıqlandı


Mart ayının 8-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Newscenter.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Sona
Xəbəri paylaş