Haitidə fövqəladə vəziyyət daha bir ay uzadılıb.
Newscenter.az xəbər verir ki, Nazirlər Şurasının iclasından sonra dərc edilən fərmanda ictimai asayişin “yenidən yaradılması” məqsədilə fövqəladə vəziyyət rejiminin müddətinin 1 ay uzadıldığı bildirilib.
Qeyd edək ki, Haitidə həbsxanadan qaçan məhbusların tutulması üçün martın 4-də elan edilən 72 saatlıq fövqəladə vəziyyətin daha 1 ay uzadılması qırarlaşdırılıb.
Xüsusilə, paytaxt və iri şəhərlərdə təhlükəsizlik tədbirləri həyata keçirilib.
Mehman Mehdiyev