Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhkəmə Hafiz Babalı və Elnarə Qasımova barəsində qərar qəbul edib

Məhkəmə Hafiz Babalı və Elnarə Qasımova barəsində qərar qəbul edib



“Abzas media” işi çərçivəsində saxlanılan Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti üç ay uzadılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Xatırladaq ki, H.Babalı ötən il dekabrın 13-də saxlanılıb. Dekabrın 14 də onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

E.Qasımova isə bu il yanvarın 13-də saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.(report)
Xəbəri paylaş