Sudan prezidentinin oğlu qəzaya uğrayıb.
Newscenter.az xarici mediaya istinadən xəbər verir ki, prezidentin oğlu motosiklet qəzasında ağır yaralanıb.
Prezidentin oğlu Türkiyə paytaxtı Ankarada qəza törədib. Belə ki, Ankarada Sudan prezidenti Əbdülfəttah əl-Burhanın oğlu Mohamed A. Fettah el-Burhan Rahman motosikleti sürərkən qarşısındakı yüngül ticari avtomobili vurub. Yola atılan Rəhman ağır yaralanıb.
Qəza axşam saatlarında Kızılcaşar rayonu, Kiraz bulvarında baş verib.
Həkimlərin müayinəsi zamanı ağır yaralandığı müəyyən edilən Rəhman hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə Bilkənd Şəhər Xəstəxanasına aparılıb.
Mehman Mehdiyev