Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT-lərlə bağlı Ədliyyə Nazirliyinə yeni səlahiyyət verilib

QHT-lərlə bağlı Ədliyyə Nazirliyinə yeni səlahiyyət verilib


Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydasının hazırlanmasında Maliyyə Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi də iştirak edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Fərmanda deyilir.

Sənədə əsasən, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 oktyabr tarixli 401 nömrəli Fərmanın 2.3-cü bəndinə “Maliyyə Nazirliyi” sözlərindən sonra “və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri əlavə olunur.

Qeyd edək ki, qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulurdu, dəyişikliklə Ədliyyə Nazirliyinə də bu səlahiyyət verilib.

Mehman Mehdiyev
Xəbəri paylaş