Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

THY keçən ay 6,1 milyon sərnişin daşıyıb

THY keçən ay 6,1 milyon sərnişin daşıyıb



Türk Hava Yolları (THY) tərəfindən fevral ayında daşınan sərnişinlərin sayı açıqlanıb.

Newscenter.az şirkətə istinadən xəbər verir ki, bu ilin fevral ayında ötən ilin eyni ayına görə 25,4 faiz artıq sərnişin daşınıb. Nəticədə THY-nin daşıdığöı sərnişinlərin sayı 6,1 milyona çatıb.

Məlumat üçün deyək ki, 2023-cü ilin fevral ayında THY 4,9 milyon sərnişin daşıyıb. THY-nin beynəlxalq doluluq nisbəti 80,9, daxili doluluq nisbəti isə 85,1 faiz olub.

2023-cü ilin fevral ayında daşınan yük və poçtun həcmi 101,9 min ton olduğu halda, bu ilin eyni dövründə 45,6 faiz artaraq 148,4 min tona çatıb.

Natiq Orucov
Xəbəri paylaş