Cari ilin ilk iki ayında Türk Hava Yolları (THY) daşınan sərnişin sayını keçən ilin eyni dövrünə görə 12,8 artıraraq 12,3 milyona çatdırıb.
Newscenter.az şirkətə istinadən bildirir ki, 2023-cü ilin yanvar-fevral dövründə beynəlxalq transfer sərnişinlərinin sayı isə 4,4 milyon ikən, bu ilin eyni dövründə 14,4 faiz artaraq 5 milyona çatıb.
2024-cü ilin ilk 2 ayında daşınmış yük və poçt daşımalarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,5 faiz artaraq 297,2 min ton olub.
THY-nin donanmasında olan təyyarələrin sayı fevral ayı etibarilə 450-yə yüksəlib.
Mehman Mehdiyev