Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyəli qonaqlar "ASAN xidmət"də

Türkiyəli qonaqlar "ASAN xidmət"də


Türkiyə Respublikasının “Bilişim Vadisi”nin Baş icraçı direktoru Erkam Tüzgenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Newscenter.az xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” və digər fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.

Qonaqlar “ASAN xidmət” konsepsiyası, eləcə də Dövlət Agentliyi tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyətin onlarda yüksək təəssürat yaratdığını bildiriblər.

Nümayəndə heyəti “Bilim Bakı” mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə tanış olub.

Görüş zamanı “Bilişim Vadisi” ilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi arasında mövcud olan əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

Süleyman
Xəbəri paylaş