Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna üzərində geosiyasi oyunlar davam edir

Ukrayna üzərində geosiyasi oyunlar davam edir


"Rusiya-Ukrayna müharibəsinin planlandığı kimi getmədiyi bəllidir. Rusiya bu müharibəni bir neçə günə bitiriəcəyini planlasa da artıq üçüncü ildir ki, müharibə davam edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, bu müddət ərzində bir çox faciələr yaşanıb. İnsan ölümləri adi hala çevrilib:

"Yaşayış məskənləri, su bəndi, bir çox istehsal obyektləri və s. məhv edilib. Milyonlarla insanlar qaçqın halına düşüb və hadisələr hələ ən ciddi fazasına daxil olur. Ukrayna üzərində geosiyasi oyunlar oynanılmağa davam edir. ABŞ və Avropa Ukrayna müharibəsi üzərindən öz münasibətlərinə aydınlıq gətirirlər. Ukrayna çıxılmaz vəziyyətdədir. ABŞ maliyyə dəstəyini dayandırıb. Avropa isə öz təhlükəsizliyinin Ukraynanın təhlükəsizliyi ilə əlaqədar olduğu gerçəyini başa düşüb. ABŞ Ukrayna müharibəsi üzərindən Avropaya dərs verir. Rusiya isə qismən uğurlar qazanmaqla Avropanın təlaşını daha da artırır. Bir sözlə, Ukrayna iki gücün arasında məhv olmağa davam edir".

Politoloqun sözlərinə görə, proseslərin belə gedişi onu göstərir ki, müharibə elə bir fazaya daxil olub ki, həlledici məqam gəlir:

"Rusiyanın qələbələri davam edəcəyi halda getdikcə daha çox ərazilər işğal etməyə başlayacaq. Amma müharibənin tezliklə bitəcəyi gözlənilmir. Ukraynanın ərazisi böyükdür. Bir neçə yaşayış məntəqəsinin, hətta şəhərin itirilməsi də məğlubiyyət demək olmayacaq. Bu, sadəcə Avropanın daha çox sayıqlığının artmasına səbəb olacaq ki, müharibə yenidən daha da qızışacaq. Avropa daha müasir silahları Ukraynaya verməyə məcbur olacaq. Hesab edirəm ki, müharibənin ən qanlı və dağıdıcı hissəsi irəlidədir. Bu müharibənin NATO-Rusiya müharibəsinə çevrilmək ehtimalı da böyükdür. Nəticəni isə təbii olaraq zaman həll edəcək".

Süleyman
Xəbəri paylaş