Xurşidbanu Natəvanın Fransada təhqir olunması adıçəkilən ölkənin mədəniyyətə, bəşəri dəyərlərə, mənəviyyata qarşı barbar münasibətinin bariz nümunəsidir. Orta əsr mənbələrində adları "vandal", "barbar", "vəhşi" və.s kimi xatırlanan fransalılardan bundan artığını gözləmək sadəlövhlük olardı. Şərqin mədəni dəyərləri, adət-ənənələri və mənəvi keyfiyyətləri qərbə yayıldıqdan sonra "mədəniləşən" avropalılar sösüz ki, "vəhşi" kimliklərini, genetik kodlarında gizlənən "barbar" xarakterlərini gec-tez göstərməlidirlər.
Müasir dövrdə qərb ölkələri dünyaya özlərini "sülh göyərçini", "demokratiya carçısı" və.s kimi təqdim edə bilərlər. Ancaq mövcud reallıqlar bunun tam əksi olduğunu sübut edir. Müxtəlif regionlarda müharibə ocaqlarını alovlandıran, Afrika ölkələrini talayan, oradakı xalqlara zülm edən, beynəlxalq hüquq çağırışı edib hər dəfəsində bunun sözdə deyildiyini əməlləri ilə göstərən, dini-etnik münaqişələrin yaranmasına, inkişaf etməsinə dəstək verən, müstəmləkəçi siyasət yürüdən qərb ölkələrinin verdikləri vədləri ucuz yalandan, riyakarlıq ikiüzlülükdən başqa adla adlandırmaq mümkün deyil. 44 günlük vətən müharibəsində və ondan əvvəlki dövrlərdə bunun şahidi olmuşuq.
Qərb oynadığı oyunun tələsinə özü düşəcək və oradan heç vaxt xilas ola bilməyəcək. Bu tarixi ədalətin bütün dünyada qələbə çalması anlamına gələcək. O, zaman beynəlxalq hüquqdan, demokratiyadan ürək dolusu danışa, sülhdən, birgəyaşayışdan, müharibəsiz, şad-firəvan həyatdan söz aça biləcəyik!
Anar Salehoğlu,
İctimai-siyasi fəal