Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın taleyində həlledici mövqe

Avropanın taleyində həlledici mövqe


Rəsmi Almaniya və Fransanın Avropa İttifaqının və NATO-nun Rusiya-Ukrayna müharibəsində bir başa hərbi iştirakı barərə bir-birinə əks mövqedən publik şəkildə çıxış etməsi, təkcə Rusiya - Ukrayna müharibəsi ilə bağlı məsələ deyil.

Əlbəttə ki, Fransa prezidenti Emanuel Makronun hakimiyəti dövrü Fransanın dünyada mövqeyinin daha da zəifləməsi, şəxsən prezident kimi Makronun uğursuz, bacarıqsız siyasətinə əsalanır. Ölkəsinin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə zədələyən Makron, gözlədiyi nəticəni əldə edə bilməsə də, ilk növbədə Cənubi Qafqaza soxulmaq siyasətini həyata keçirməyə çalışır. Makronun Cənubi Qafqaz və xüsusən də Azərbaycana qarşı yeritmək istədiyi siyasət, onu region dövlətləri ilə və hətta İranla belə münasibətlərini korlayıb. Hərçəndki, Fransanın İranla münasibətinin əsaslı şəkildə korlanması digər amillərə görə mümkün deyil.

Fransa prezidenti Makronun NATO qüvvələrinin Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatlarda bir başa içtirakının mümkünküyü barədə açıq çıxışı, bəlkə də etirafı-belə iştirak mümkün olsa da belə, ümumən Aİ-nın və NATO-nun siyasətinə, diplomatiyasına, vahid birliyi və təhlükəsizlinə ziddir. Əlbəttə ki, Almaniya kansleri Olaf Şolçun Fransa prezidenti Emanuel Makronu təkzib etməsi məhz qeyd edilən kontekstdən yanaşmadır. Ancaq, son vaxtlar NATO qüvvələrinin Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakı barədə də yayılmaqda olan məlumatları da əsasız hesab etmək də olmaz.

Makron - Şols, ən yüksək səviyyədə Fransa və Almaniyanın mübahisəsi, qarşıdurması, sözsüz ki, Rusiyanın maraqlarına xidmət edən siyasi-diplomatik və hərbi vəziyyət formalaşdırır, Aİ və NATO daxili fikir ayrılığını dərinləşdirir, qüvvələri parçalayır. Ukraynaya lazımi hərbi yardımın gecikdirilməsi və xüsusən də ABŞ tərəfindən, Rusiya üçün nəinki Ukrayna ilə bağlı planların və hətta Avropa ölkələrinin özləri üçün mənfi ssenarinin reallaşmasına imkan yaradır. Əbəs deyil ki, bir həftə öncə Dimitri Medvedev "Ukrayna əlbəttə ki, Rusiyadır" - deyir, ardınca da Rusiya prezidenti Vladimir Putin İsveçrənin müstəqilliyinə şübhəsini göstərir.

Həm də, Makronun bütün Aİ adından çıxış etməsi, Fransanı bu birliyin lideri və aparıcı ölkəsi kimi təqdim edir. Əlbəttə ki, Almaniya bunu haqlı olaraq qəbul edə bilməz. Şolçun Makronu təkzib etməsi və Almaniya XİN başçısının Makrona hansı işlə məşğul olması barədə məsləhəti - Makrona yerini göstərməkdir.

Yeri gəkmişkən, Avropanın taleyində həlledici mövqe ilk Böyük Britaniya və Almaniyaya məxsusdur. Hərçəndki, Böyük Britaniya Aİ-nın üzvündən də çıxsa da, çox əsirlik siyasi xəttini, söz sahibliyini nə inki Avropada, bütün dünyada saxlayır. Fransızlar polemik, publik siyasət, ingilislər isə stabil axarı dəyişən praktik siyasət sahibləridir.

Artıq mübahisəsiz bəllidir ki, Fransa prezidenti Emanuel Makronun yeritdiyi siyasət, bəyanat və çıxışları aqressiv və qeyri-rasionaldır. Nəticə, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Ərdoğan, Macarıstan lideri Viktor Orban, Almaniya kansleri Olaf Şolç və sair dünya liderləri tərəfindən Makron faktiki "rədd" olunur.

Vüqar Dadaşov
Xəbəri paylaş