Tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının " Azərbagcanın ən yeni tarixi" adlı kitabı çapdan çıxıb. Kitaba tarix elmləri doktoru , professor İsmayıl Musa və iqtisadiyyat üzrə fəlsəfə doktoru Şamil Mehdi rəy verib.
Newscenter.az xəbər verir ki, kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründən bu günə qədərki hadisələr əksini tapıb. Müəllif tariximizin bu mərhələsinin dövrləşdirilməsi , hadisələrin dəyərləndirilməsi , terminologiya , şəxsiyyətlərin rolu və digər məsələlərə yenidən baxmış , bəzi yenilikçi təşəbbüslərlə çıxış etmişdir. Kitab ali və orta məktəblərdə dərslik , əlavə dərs vəsati kimi istifadə oluna , geniş oxucu dairələri üçün də maraqlı ola bilər. Kitabın nüsxələrinin kitabxanalara verilməsi nəzərdə tutulur.
Anar Əliyev