Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib.
Bunu Newscenter.az-a “Azəriqaz”dan təsdiq ediblər.
Onu bu vəzifədə İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədov əvəz edib.
A. Məmmədov 2023-cü ilin mart ayına qədər “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.
Sona