Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Qazaxıstan mətbuat sahəsində əməkdaşlığı inkişaf etdirəcək

Azərbaycan və Qazaxıstan mətbuat sahəsində əməkdaşlığı inkişaf etdirəcək


“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri Bakı ilə Astana arasında bütün istiqamətlərdə əməkdaşlıq üçün yeni-yeni imkanlar açacaq. Bu sırada mətbuat sahəsində əməkdaşlığı xüsusi vurğulamaq lazımdır”.

Newscenter.az xəbər verir ki, bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun Qazaxıstan dövlət başçısının Azərbaycan səfəri ilə bağlı dəyərləndirməsində yer alıb. Analitik Mərkəz hesab edir ki, səfər çərçivəsində mətbuat sahəsində imzalanan saziş həm qarşılıqlı təcrübə mübadiləsi, həm də Azərbaycan həqiqətlərinin Qazaxıstan mediası vasitəsilə nəinki Orta Asiya, eyni zamanda beynəlxalq səviyyədə yayılmasında mühüm rol oynayacaq:

“Məlum olduğu kimi səfər zamanı keçirilən görüşlərin nəticəsi olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikasının Prezidenti yanında “Mərkəzi Kommunikasiyalar Xidməti”i arasında Əməkdaşlığa dair Memorandum” imzalanıb. Bu memorandum iki ölkənin media subyektləri arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək. Qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan jurnalistləri arasında dostluq əlaqələrini inkişaf etdirməklə yanaşı, təcrübə mübadiləsinin bölüşdürülməsi baxımından da əhəmiyyətli sayıla bilər”.

Anar Əliyev
Xəbəri paylaş