Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Babayan və digər seperatçı ünsurlar Paşinyana problem yaradacaqlar

Babayan və digər seperatçı ünsurlar Paşinyana problem yaradacaqlar


İrəvana qaçmış separatçılardan Samvel Babayan " Armenian News " saytına müsahibəsində bir sıra maraqlı fikirlər səsləndirib. Babayan bildirib ki, Meğri yolu açılmalıdır. İran buna etiraz etsə də, biz bu yolu açmalıyıq. Babayan daha sonra onların 2 yolu qaldığını, ya Azərbaycan - Türkiyə yolunu, ya da İran - Gürcüstan yolunu seçməliyik. O, bildirib ki, əgər Azərbaycanın dediyi ilə razılaşmasaq anklavar kəndlər məsələsini qaldırıb 4 kəndi istəyəcəklər. Babayan seperatçı liderlər içində öz hiyləgərliyi ilə seçilən biridir. Onun bu cür açıqlamalar verməsi Ermənistan siyasətinə daxil olmaq cəhdidir. Seperatçılar son zamanlar bu məsələdə çox fəallaşıblar. Onlar çox böyük həvəslə Ermənistan mətbuatına açıqlamalar verir, ictimai - siyasi həyatda varlıqlarını sübut etməyə çalışırlar. Bayan fikri təhrif etməyə çalışır. İlk növbədə Azərbaycan Qazaxın kəndlərini heç bir halda güzəştə getmək fikrində deyil. Həmən kəndləri azad etmək Ermənistanın boyunun borcudur. Zəngəzur dəhzlini açmaqda eyni qayda da Ermənistanın borcudur. Əgər Ermənistan bunu öz xoşu ilə etməyəcəksə məcburi edəcək. Babayan indidən bu cür açıqlamar verməklə gələcək üçün Paşinyan hökumətinin üzərində xal qazanmaq istəyir. Ancaq erməni cəmiyyətinin onlara yenidən şans verəcəyi gözləntisi yoxdur. Onların Qarabağda törətdiyi cinayərlər erməni xalqı qarşında etimad limitlərinin bitməsinə səbəb olub. Babayan və onunla birlikdə olan digər seperatçı ünsurlar Paşinyana problem yaratmadan davam edəcəklər.
Xəbəri paylaş