Ermənistan yeni bir müharibəyə başlamaq üçün sürətlə silahlanır. Son aylarda bu ölkənin müdafiə nazirinin bir neçə ölkəyə səfəri və hərbi əməkdaşlı sazişləri imzalaması da deyilənləri təsdiqləyir.
Bu fikirləri Newscenter.az-a səsləndirən politoloq Elvin Babayev deyib ki, Ermənistanı regionda yenu müharibəyə sürükləyən isə əsasən 3 ölkədir:
“Fransa, Hindistan və Yunanıstan. Eyni zamanda cənub qonşumuz İran Ermənistanın aldığı silahların tranzit keçidi rolunu oynayır”.
Politoloq deyib ki, Ermənistan nə qədər hərbu texnika və silah-sursat alsa da, lakin həmin texnikanı idarə edə biləcək canlı qüvvəsi yoxdur:
“Çünki 44 günlük müharibədə Azərbaycan Ordusu düşməni tamamilə məhv edib”.
Mehman Mehdiyev