Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa və Hindistan silahları da Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdiriləcək

Fransa və Hindistan silahları da Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdiriləcək


"Çox təəsüflər olsun ki, Ermənistan son zamanlar sürətli şəkildə silahlanmaq yolunu tutub. Bir tərəfdən Hindistandan, digər tərəfdən Fransadan alınan silahlar Ermənistanın sülh danışıqları məsələsində necə ikiüzlü yanaşdığını göstərir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O bildirib ki, İrəvan bir tərəfdən özünü sülh prosesinə sadiq tərəf kimi göstərmək, dünyada sülhpərvər imic yaratmaq istəyir, digər tərəfdən də sürətli şəkildə silahlanma siyasəti aparır:

"Xüsusilə son olaraq Hindistandan Ermənistana hava dəhlizinin açılması barədə məsələ qaldırıb. Bu isə silahlandırma məsələsinin sürətli şəkildə davam edəcəyini göstərir. Fransa ilə də Ermənistan arasında müdafiə sənayesi ilə bağlı əməkdaşlığın daha da genişlənəcəyi barədə açıqlamalar verilir. Görünür ki, Ermənistan sürətli şəkildə silahlanmaq xətti götürüb".

Zeynal Əmrəliyev deyib ki, Hindistandan və Fransadan gətirilən silahların əksəriyyəti artilleriya xarakterli silahlardı və bu Ermənistanın yeni təxribatatlara hazırladığını göstərir:

"Əgər Ermənistan bu silahlardan Azərbaycan əleyhinə istifadə etmək istəyəcəksə, qarşılığını artıqlaması ilə alacaq. Heç bir qüvvə Ermənistanı xilas etməyəcək. Həmən ölkələr sadəcə bölgədə təxribat yaratmaq üçün bu addımları atırlar. Həm Fransa, həm Hindistan bu hərəkətlərinə son verməlidir. Əks halda onların silahları da Bakıda Hərbi Qənimətlər Parkında nümayiş etdiriləcək".

Süleyman
Xəbəri paylaş