Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həyatımızda fərqlilik yaratmağı bacarmalıyıq

Həyatımızda fərqlilik yaratmağı bacarmalıyıq


Yəqin ki, əksəriyyətimiz içərisi adrenalin dolu evlik təkliflərindən, ad günlərindən, toy mərasimlərində edilən, ağla gəlmiyən, hamının şok keçirtdiyi amma sonunda hər kəsin bəyəndiyi videolarla rastlaşmışıq.

Məsələn oğlanla qızın restoranda çay içdikləri yerdə oranı əynində polis forması geyinmiş şəxslərin basması, əllərinin qandallandığı sonrasında edilən mükəmməl evlilik təklifi....

Burada heç kim qızın haqqlarının pozulduğundan söhbət açmır, hətta qızın özü belə prosesi çox bəyənir. Sizcə də elə deyilmi?!

Gömrük Komitəsinin Qadınlar bayramı mübasibəti ilə əlaqədar hazırladığı videoçarxı gördüyümdə şablonlarımızı qırıb atdığımıza, yeniliklərə, yeni ideyalara açıq olduğumuza xeylək sevindim. Ən azından fərqli nəsə düşünülüb. Və əsas odur ki, düşünülüb.

Düşünürəm ki, hansısa yenilik uğrunda ən əsası addım atmaqdır. Kimlərinsə nə deyər düşüncəsinə özümüzü, düşüncələrimizi həps etsək deməli heç bir nəaliyyyətdən, inkişafdan söhbət belə aça bilmərik.

Xatirimdədir Gömrük Komitəsində əməkdaşlar arasında narkotest keçirdəndə də müxtəlif cür qınama, lağ etmə və digər təsir mexanizmləriylə yetəri qədər üzləşmişdik.

Hətta təəssüf hissi ilə bildirmək istəyirəm ki, şahidi olurdum ki, bəziləri öz savadına, biliyinə yaraşmıyam tərzdə qərəzli paylaşımlar da edirdilər. Halbuki, bu gözəl bir yenilik idi. Yeniliklərdən isə qorxmaq gərəkmir.
Amerkanlarda belə bir ifadə var : " İf your dreams don't scare you they aren't big enough. "- Əgər düşüncələriniz, arzularınız sizi qorxutmursa deməli onlar yetəri qədər böyük deyillər.

Anadan ol, məktəb oxu, universitetə qəbul ol, işlə, sonunda yaşlan və dünyadan köç....

Əksəriyyətimizin etdiyi bu deyilmi?

Yenilikçi insanları xoşlayıram. Olur ki, ortaya sunduqları yeniliklərdə neqativ hallar da olur. Əlbəttə bu normal haldır. Ola bilər. Bunu bir proqramıstin hansısa proqramı yazmasına bənzədə də bilərik. Tətbiq mexanizmində proqramda yaranan artıq-əksikliyi sonradan daha da təkmilləşdirərək ortaya mükəmməl bir proqram çıxardırlar.
Qayıdaq Qadınlar Bayramı üçün Gömrük Komitəsinin hazırladığı bayram videoçarxına.

Qeyd etmək istəyirəm ki, qadın personalımız bu prosesi çox bəyəniblər. Əslində etiraf edim ki, həyatımızın müxtəlif dönəmlərində hamımızın adrenalinə ehtiyyacı var.

Kaş kişilər üçün də belə bir fərqli yanaşma tərzi olsa idi. Bu həm də çalışdığım quruma və digər qurumlara səmimi təklifimdir.

Səhər yuxudan oyanırıq, işə gedirik. Gecə də yerimizə girib yatırıq. Bizlərin də fərqliliyə, fərqli yanaşma tərzinə ehtiyyacımız var.

Sanki bir gün ölmək üçün hər gün eyni şeyləri təkrar-təkrar yaşayırıq.
Həyatımızda fərqlilik yaratmağı bacarmalıyıq.

Eybi yox icazə verək kimlərsə bəyənməsin, razılaşmasın. Normaldır. Zatən hər kəs eyni düşüncədə olmalıdır deyə qayda da yoxdur. Amma qətiyyən kim nə deyər düşüncəsi ilə yaşamayaq. Yeniliklərə,fərqli və maraqlı düşüncələrə qucaq açaraq həyatımızı gözəlləşdirək.

Yazımdakı məqsəd çalışdığım təşkilatı haqlı çıxartmaq və ya dəstək məqsədi daşımır. Sadəcə maraqlı ideyalı insanlarımıza bütün səmimiyyətimlə təşəkkür etmək istədim.

Silahlı Qüvvələrin zabiti, Dövlət Gömrük Komitəsinin əməkdaşı İqbal Səfərov.
Xəbəri paylaş