Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşsizlik səviyyəsi 0,2 faiz azalıb

İşsizlik səviyyəsi 0,2 faiz azalıb


Türkiyədə işsizlik səviyyəsi tədricən aşağı düşür.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, yanvar ayında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,2 bal azalaraq 9,1 faizə düşüb. Bu dövrdə ölkə üzrə işsizlərin sayı 3 milyon 214 min nəfər təşkil edib.

Məşğul əhalinin sayı isə əvvəlki ayla müqayisədə 160 min nəfər artaraq 32 milyon 222 min nəfərə çatıb. Ümumən ölkədə məşğulluq səviyyəsi isə 0,2 faiz artaraq 49,0 faizə çatıb. Bu göstərici kişilərdə 66,0 faiz olduğu halda, qadınlarda 32,4 faiz olub.

Nərgiz Əzizova
Xəbəri paylaş