Son illər tibbdə yeni-yeni terminlər, yeni-yeni xəstəlik mövlərinə rast gəlinir. Bunlardan biri də şizoid şəxsiyyət pozuntusudur. Bəs görəsən şizoid şəxsiyyət pozuntusu nədir və əlamətləri hansılardır?
Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyib ki, şizoid şəxsiyyət pozuntusu olan insanlar yaxın münasibət yaratmaqda və duyğularını ifadə etməkdə çətinlik yaşayan tiplərdir. Onun sözlərinə görə, bu pozuntunun müşahidə olunduğu insanlar sosiallaşmamağa və daha çox tək qalmağa çalışırlar:
"Təkliyə meyilli olduqları üçün ixtisas seçimləri də buna uyğun olur, insanlarla münasibət qurmayacaqları sahələrə yönəlirlər. Kompüter mühəndisliyi, yazı işləri və s. meyilli olurlar".
Psixoloq deyib ki, belə insanlar plan qurmaq, həyatı müəyyən bir hədəf və ya məqsəd istiqamətində davam etdirmək əvəzinə axınına buraxmağı sevirlər:
"Ən ağır situasiyalarda belə çox passiv və laqeyd reaksiya verirlər".
Anar Əliyev