Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Litvada Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağa edilib

Litvada Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağa edilib


Litvada Rusiya dövlət qeydiyyat nömrələrinə malik avtomobillərdən istifadəyə qoyulan qadağa qüvvəyə minib.

Newscenter.az xəbər verir ki, istisnalar diplomatik korpusun nəqliyyat vasitələrinə, Kalininqrad vilayətinə və oradan tranzit keçən nəqliyyat vasitələrinə aiddir.

Bütün digər belə avtomobillər ya Baltikyanı respublikanın ərazisini tərk edib, ya da sahibləri onları Litvada yenidən qeydiyyatdan keçirməli olublar.

Gömrük idarəsinin məlumatına görə, martın 10-na Litvada 50-yə yaxın Rusiya dövlət nömrə nişanlı avtomobil qalıb. Belə ki, bu nəqliyyat vasitələri müsadirə ediləcək və onların sahibləri 200 avrodan 6 min avroya qədər cərimə ediləcək.

Kalininqrad vilayətinə və oradan tranzit keçən avtomobillər isə Litvada 24 saat qala bilər.(report)
Xəbəri paylaş