Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır

Ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır


"Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində ölkəmizin iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirləri yer alıb. Belə bir dönəmdə COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Vüsalə Qasımova səsləndirib. O bildirib ki, Cənab Prezidentin “Euronews” televiziyasına verdiyi müsahibəsində qeyd etdiyi kimi, biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik:

"Ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək. Bununla da bərpaolunan enerjiyə ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.” Ölkə rəhbəri Cənub Qaz Dəhlizi ilə bağlı da maraqlı anonslar verdi".

Anar Əliyev
Xəbəri paylaş