Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan prezidentinin Azərbaycan səfərindən gözləntilər nələrdir?

Qazaxıstan prezidentinin Azərbaycan səfərindən gözləntilər nələrdir?


"Orta Asiyanın türkdilli ölkəsi Qazaxıstan öz regionunun strateji ölkəsi olmaqla yanaşı Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Azərbaycan da Cənubi Qafqaz regionunun eyni xüsusiyyətlərini daşıyan ölkəsi kimi qarşılıqlı əlaqələrdə də eyni mövqedən çıxış edirlər. Türk Birliyi Təşkilatının da aparıcı ölkələri olan Azərbaycan və Qazaxıstanın geosiyasi dəyəri onların qarşılıqlı əlaqələrini daha da irəli aparmasını vacib edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Qazaxıstan prezidentinin Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib. O bildirib ki, hər iki ölkənin strateji planları onların geosiyasi oyunçu kimi daim inkişafda olmasını labüd edir:

"Qazaxıstan Prezidenti Tokayevin Azərbaycana səfəri də bu istiqamətdə atılacaq addımların inkişafına töhfə vermək üçün vacib səfərdir."

Azər Qasımov onu da deyib ki, TDT-ı çərçivəsində atılacaq yeni addımlara ehtiyac var:

"Hesab edirəm ki, səfər qeyd edilən və orta dəhlizin həyata keçirilməsi məsələlərinin inkişafına şərait yaradacaq".

Süleyman
Xəbəri paylaş