Qazaxıstanda depressiyaya düşən şəxslərin sayında artım tendensiyası baş verir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ötən il respublikanın psixiatriya xəstəxanaları tərəfindən göstərilən xidmətlərin həcmi 29,7 faiz artıb.
Ümumilikdə, Qazaxıstan dünyada 180 ölkə arasında depressiyanın yayılmasına görə 93-cü yeri tutub. Məlumata görə, qazaxıstanlıların 4,4%-i depressiyadan əziyyət çəkir. Statistik məlumatlara əsasən, depressiyada olan qazaxıstanlıların sayı 732,7 min nəfərdir.
Qeyd edək ki, ötən il respublikanın psixiatriya xəstəxanaları tərəfindən göstərilən xidmətlərin həcmi 29,7% artıb.
Mehman Mehdiyev