Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanla möhkəm siyasi və iqtisadi əlaqələrimiz var

Qazaxıstanla möhkəm siyasi və iqtisadi əlaqələrimiz var


“Tarixi köklərə bağlı olan Azərbaycan-Qazaxıstan münasibətləri hər ötən il daha da möhkəmlənir, strateji müttəfiqlik xarakteri daşıyır. Həm iki qardaş xalq, həm də dövlət başçıları arasında olan yüksək dostluq, qardaşlıq münasibətləri Qazaxıstan-Azərbaycan əlaqələrini qarşılıq səfətlərlə yeni bir mərhələyə daşıyır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlərin imzalandığına diqqət çəkən İctimai Birlik sədri bu müqavilələrin daha çox iqtisadi-ticari, eləcə də humanitar sahələrdə əməkdaşlıq üçün yeni-yeni imkanlar açacağını deyib:

“Qazaxıstanla həm ikitərəfli, həm də çoxtərəfli formatda, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində möhkəm iqtisadi əlaqələrimiz var. Xüsusilə, neft-qaz sahəsində, nəqliyyat-tranzit əlaqələri istiqamətində hər iki tərəfin maraqlarına xidmət edən və fayda gətirən əməkdaşlıq mövcuddur. Qazaxıstan prezidentinin Azərbaycana dövlət səfəri bu əlaqələri yeni bir mərhələyə qaldıracaq”.

Arzuman Muradlı deyib ki, türk dövlətlərinin ikitərəfli formatda əlaqələrinin möhkəmlənməsi öz növbəsində Türk Dövlətləri Təşkilatının da daha da güclənməsinə səbəb olur və onu daha güclü bir təşkilata çevirir”.

Süleyman
Xəbəri paylaş