Sabah Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq.
Newscenter.az- ın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.
Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkürünü bildirdiyini deyən dövlət başçısı, həmçinin qeyd edib: “Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir”.
Qazaxıstan Prezidenti öz növbəsində qeyd edib ki, ümumilikdə, iki ölkə arasında mədəni əlaqələrə də böyük diqqət yetirir. Onuns sözlərinə görə, bu, xalqların yaxınlaşması nöqteyi-nəzərindən olduqca vacibdir:
"Sumqayıt şəhərində Axmet Baytursınovun xatirəsinin əbədiləşdirilməsi və onun adına küçənin açılışı, Astanada Heydər Əliyevin adının əbədiləşdirilməsi də ölkələrimiz üçün əlamətdar oldu, təşəkkür edirik. Ötən il Azərbaycanda Mədəniyyət Günləri böyük uğurla keçirildi və Sizin də dediyiniz kimi sabah Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını edəcəyik. Bu da qarşılıqlı fəaliyyətimizin və əməkdaşlığımızın rəmzi olacaq".
Mehman Mehdiyev