Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh yoxdursa, müharibə riski həmişə var

Sülh yoxdursa, müharibə riski həmişə var


Ermənistanın sürətlə silahlanması bu ölkənin yenidən Azərbaycana qarşı təxribat xarakterli addımlar atacağı, hətta şərti sərhəd boyunca Silahlı Qüvvələrimizin mövqelərinə qarşı hücum həyata keçirəcəyi kimi ehtimallar da səslənir.

Newscenter.az-ın xəbərinə görə, politoloq Yusif Bağırzadə deyib ki, Azərbaycanın istənilən təxribatlara layiqincə cavab verməyə qadirdir. Digər tərəfdən politoloq hesab edir ki, Ermənistan Ordusunda fərarilik halları artdığı üçün bu ölkənin növbəti dəfə ciddi səhvə yol verməyəcəyini düşünmək olar:

"Bir ölkənin ki, ordusunda 44 gün ərzində 10 mindən artıq fərari olub, bir ölkənin ki, Qarabağda olan 10 mindən artıq hərbi birləşməsi cəmi bir sutka ərzində silahı yerə qoyub tərkisilah olmaq məcburiyyətində qalıb, bu ölkənin Azərbaycana qarşı dayanması mümkün deyil. Odur ki, Ermənistan bu məsələdə daha çox dəstəkçilərinə güvənir. Məhz həmin dəstəkçilərin regionda iştirakına nail olmaq üçün müxtəlif təxribatlara əl atır".

Politoloq onu da deyib ki, əgər sülh yoxdursa, müharibə riski həmişə var:

"Sadəcə olaraq Ermənistanın indiki mərhələdə təkbaşına Azərbaycan qarşı müharibəyə başlaması yuxarıda sadaladığım səbəblərə görə imkansızdır. Ayrı–ayrı təxribatlar baş verə bilər ki, bu da yalnız hansısa kənar qüvvələri regiona dəvət etmək məqsədi ilə həyata keçirilə bilər. Amma istənilən halda Azərbaycanın istənilən təxribatlara layiqincə cavab verəcəyinə şübhə yoxdur".

Süleyman
Xəbəri paylaş