Ermənistan sürətlə silahlanma yolunu tutub. Yaxın bir ay ərzində bu ölkənin müdafiə nazirinin bir neçə ölkəyə səfəri və hərbi əməkdaşlıq haqqında müqavilələr imzalaması fonunda da bunu aydın görmək mümkündür.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki,Ermənistanın silahlanmasında cənub qonşumuz İran da yaxından iştirak edir. Elə bu günlərdə Ermənistanın müdafiə nazirinin Tehrana səfəri də bunun bariz nümunəsi idi
Newscenter.az-ın xəbərinə görə, baş verənləri şərh edən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə bu, İranın köhnə adətidir və Tehran daim işğalçı ölkənin yanında yer alıb:
"Ermənistanın müdafiə naziri Suren Papikiyanı qəbul edən İran müdafiə naziri Məhəmməd Rza Aştiyanı erməni həmkarına "Təhlükəsizliyin regiondan kənarda axtarılmasının əks nəticələri ola bilər" xəbərdarlığı etdi. İlk baxışdan bu xəbərdarlıq Ermənistanın atdığı addımlardan narazı İran görünüşü formalaşdırsada da, hesab edirəm ki, real mənzərə tamamilə fərqlidir. Reallıq ondan ibarətdir ki, İran Fransanın regiona yerləşmək cəhdlərinə qarşı deyil. Əksinə Ermənistanı dəstəkləməklə müəyyən qədər bu planın icrasına yaşıl işıq yandırır. Çünki hər iki ölkə arasında İran İslam İnqilabına dayanan tarixi bağ var və tam əminliklə deyə bilərəm ki, İran Türkiyənin regionda möhkəmlənməsinin əksinə Fransanın varlığını daha üstün tutur".
AVP rəsmisi qeyd edib ki, hazırda son günlərin əsas müzakirə mövzularından biri Ermənistanın silahlandırılması olduğu üçün rəsmi Tehran bu mövzuda da prosesin aktiv iştirakçısı kimi diqqət çəkir:
"Müsəlman həmrəyliyindən ağız dolusu danışan Tehran rəsmiləri Hindistanın Ermənistanı silahlandırmasında tranzit ölkə rolunu xüsusi canfəşanlıqla yerinə yetirir. Təbi ki, bu mənzərə bizim üçün elə də yad deyil. İkinci Qarabağ Müharibəsindən sonra ermənilərin köməyinə ilk çatan dövlət kimi İrandan bundan artıq nəsə gözləmək sadəlövhlük olar. Bu, onu göstərir ki, rəsmi Tehran hələ də öz düşmən mövqeyindən geri çəkilmir".
Süleyman