"Azərbaycan və Qazaxıstan dövlət rəhbərlərinin silsilə qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin yeni mərhələdə inkişafına təkan verib. Hər iki ölkənin bütün sahalər üzrə regionda lokomativ rolunda olması və qarşılıqlı əlaqələrin müsbət görünüşü Avrasiya regionu üçün də vacib məqamdır".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə Qazaxıstan prezidentinin Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib.
O bildirib ki, ticari əlaqələrin inkişaf tendensiyası Azərbaycan - Qazaxıstan münasibətlərində xüsusi yer tutur:
"Bu məqsədlə İdxal-ixrac mallarının say tərkibinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun təşviq edilməsi, ticarət dövriyyəsinin artırılması, nəqliyyat logistika sahəsində əməkdaşlığın perspektivləri hər iki tərəf üçün qarşıya qoyulan əsas hədəflərdəndir. Azərbaycan və Qazaxıstanın yerləşdiyi coğrafi mövqeyin strateji əhəmiyyətini nəzərə alarsaq prezident Kasım-Jomart Tokayevin ölkəmizə səfəri bir neçə konteksdə xüsusi diqqət çəkir".
AVP rəsmisi qeyd edib ki, ikitərəfli münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılması, Çinin Sian terminalından Abşeron stansiyasına konteyner qatarının gəlişinin izlənilməsi fonunda Orta Dəhlizin ön plana çıxarılması və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi bu sırada yer alır:
"Göründüyü kimi Azərbaycan Qazaxıstan münasibətləri əhatə dairəsinin genişliyinə görə kompleks xarakter daşıyır və əldə olunan nəaliyyətlər demək olar ki, bütün sahaləri əhatə edir".
Süleyman