Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Qazaxıstan COP29 iqlim konfransının keçirilməsi çərçivəsində əməkdaşlıq edəcək

Azərbaycanla Qazaxıstan COP29 iqlim konfransının keçirilməsi çərçivəsində əməkdaşlıq edəcək


"Azərbaycanla Qazaxıstan həm də COP29 iqlim konfransının keçirilməsi çərçivəsində əməkdaşlıq edəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev də Azərbaycanın bu cür qlobal platformaya ev sahibliyi etməsini ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi kimi qiymətləndirir. “Həqiqətən Azərbaycanın nüfuzu durmadan artır, bu, həm iqtisadiyyatda, həm də beynəlxalq siyasətdə baş verir. Əlbəttə, Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir” deyən Qazaxıstan Prezidenti bu nüfuzlu tədbirdə şəxsən iştirak etməyi planlaşdırdığını da bəyan etdi ki, bu da ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması baxımından olduqca əhəmiyyətli hesab oluna bilər.

Politoloqun qənaətincə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Azərbaycana rəsmi səfəri və imzalanan sənədlər bir daha təsdiqlədi ki, iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mövcuddur:

"Beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan dünyanın aparıcı dövlətləri üçün etibarlı və inamlı tərəfdaşdır. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı deməyə əsas verir ki, bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək".

Süleyman
Xəbəri paylaş