Bakının Sabunçu rayonun Maştağa qəsəbəsi ərazisində qazanxanaların birindən 13000 manat dəyərində kombi və qazanxana avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Qəzənfər Quliyev müəyyən olunaraq saxlanılıb.
Mehman Mehdiyev