Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin Çağırışaqədərki hazırlıq rəhbərləri ilə metodik toplantılar keçirilir.
Newscenter.az xəbər verir ki, Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təşkil olunan “Azimutla hərəkət” mövzusunda metodik toplantıların məqsədi Çağırışaqədərki hazırlıq rəhbərlərinin bilik və bacarıqlarını inkişaf etdirmək, gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfiyyətini yüksəltməkdən ibarətdir.
TDM-in Çağırışaqədərki hazırlıq fənni üzrə metodisti Qılman Eyvazov tərəfindən keçirilən toplantılar ilk olaraq Qaradağ, Səbail və Yasamal rayonlarını əhatə edib. Toplantıda azimutla hərəkət üçün məlumatların hazırlanması və azimut üzrə hərəkət elementləri yerinə yetirilib.
Bundan əlavə, təlim prosesinin obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə “Hərbi topoqrafiya” X və XI siniflər üçün hazırlanmış kiçik summativ qiymətləndirmə nümunələri iştirakçılara təqdim olunub.
Qeyd edək ki, metodik toplantılar digər rayonlar üzrə də davam etdirilir.
R.Mehdiyeva